
Bakı. Trend:
İsrail və ABŞ-nin hərbi hava hücumları fonunda İranın cənubunda
yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız məktəbində
ölənlərin sayı 57 nəfərə çatıb.
Trend-in
məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisinin
müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 53 nəfər hələ ki, uçqunların
altındadır.
xxx
16:37
İsrail və ABŞ-nin hərbi hava hücumları fonunda İranın cənubunda
yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız məktəbində
ölənlərin sayı 51 nəfərə yüksəlib.
Trend-in
məlumatına görə, bu barədə İran Hökumətinin İnformasiya Şurası
məlumat yayıb.
Məlumatda sivillərin yerləşdiyi məkanların vurulması qəbul
edilməz hesab edilib və sərt şəkildə qınanılıb.
xxx
15:55
İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda
qız ibtidai məktəbinə düşən raket nəticəsində ölənlərin sayı 40
nəfərə çatıb.
Trend-in
məlumatına görə, bunu İranın Minab rayonu qubernatoru Məhəmməd
Radmehr yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralıların sayı 48
nəfərdir.
xxx
15:32
İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab
rayonunda qız ibtidai məktəbinə hücumu nəticəsində 36 nəfər ölüb,
60-ı isə yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə İran KİV-ləri məlumat yayıb.
xxx
15:05
İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab
rayonunda qız ibtidai məktəbinə hücumu nəticəsində 24 şagird ölüb,
60 nəfər isə yaralanıb.
Trend-in
məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisinin
müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, səhər saatlarında məktəbdə 170 şagird
olub.
Nəfisi qeyd edib ki, hazırda məktəbdə şagirdlərə yardım və
xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

