“Liverpul” “Qalatasaray”la matçdan öncə futbolçusunu göndərib

Baş səhifə

Bakı. Trend:

Çempionlar Liqasının 1/8 finalında “Qalatasaray”ın rəqibi “Liverpul”un gənc futbolçusu komandadan ayrılıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent
Kone-Doherti Norveç təmsilçisi “Molde”yə transfer olunub. Klub gənc
futbolçu ilə 2029-cu il dekabrına qədər nəzərdə tutulan müqavilə
imzalayıb.

Qeyd edək ki, “The Times”ın yaydığı məlumata görə, “Molde” bu
transfer üçün “Liverpul”a 750 min avro təzminat ödəyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir