
Bakı. Trend:
Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının katibi Gizat
Nurdauletova təhlükəsizlik qurumlarının və müvafiq nazirliklərin
rəhbərləri ilə birlikdə İran ətrafında gərginləşən vəziyyət və
ölkədə sabitliyə mümkün təhdidlər nəzərə alınmaqla fövqəladə
tədbirlər planı təqdim etməyi tapşırıb.
Trend-in
məlumatına görə, dövlət başçısının göstərişi ilə bütün
hüquq-mühafizə orqanları artıq 24/7 iş rejiminə keçirilib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin nəzarəti altında hökumət
daxilində xüsusi monitorinq qrupu fəaliyyətə başlayıb.
Regional akimlərə Yaxın Şərqdə inkişaf edən vəziyyəti nəzərə
alaraq müvafiq tədbirlər görmək tapşırılıb.

