
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi regionda və qlobal səviyyədə
təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi
eskalasiyanın dərin narahatlıq doğurduğunu bildirib.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə,
gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar
masasına qayıtmağa çağırıb.
Bəyanatda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə və beynəlxalq hüququn tanınmış norma və prinsiplərinə
uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və
müstəqilliyinə hörmət edilməsinin vacibliyi vurğulanır.

