
Bakı. Trend:
Sohail Mahmud 23-25 fevral 2026-cı il tarixlərində Türkiyəyə
rəsmi səfər edib.
Trend xəbər verir
ki, bu, onun 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına
başlamasından sonra həyata keçirdiyi ilk rəsmi səfərdir.
Səfər çərçivəsində S. Mahmud Hakan Fidan başda olmaqla
Türkiyənin dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirib. H. Fidan
ilə görüşündə baş katib D-8 Katibliyinin fəaliyyətinə göstərilən
dəstəyə və təşkilatın strateji əhəmiyyətinə görə minnətdarlığını
ifadə edib.
Görüşdə həmçinin Türkiyənin Antalya Diplomatiya Forumu və COP31
sədri kimi təşəbbüsləri qeyd olunub, D-8 üzvü olan dövlətlərin
geostrateji və geoiqtisadi əhəmiyyəti vurğulanıb. H. Fidan
Türkiyənin D-8-ə sarsılmaz dəstəyini təsdiqləyib və təşkilatın
fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tövsiyələrini
verib.
S. Mahmud həmçinin Ömər Bolat, Murat Kurum, Mehmet Fatih Kacır
və Cevdet Yılmaz ilə görüşərək yaşıl transformasiya, dayanıqlı
şəhərsalma, ticarət və investisiya əlaqələrini müzakirə edib.
Baş katib həmçinin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən
verilən iftar yeməyində iştirak edib.
Səfərin sonunda S. Mahmud Türkiyə hökumətinə göstərilən
qonaqpərvərliyə və zəngin proqrama görə təşəkkürünü bildirib,
aparılan müzakirələrin institusional potensiala dair mövqelərin
üst-üstə düşdüyünü təsdiqlədiyini vurğulayıb.

