
Bakı. Trend:
İrana hücumlardan sonra könüllü olaraq neft hasilatını azaltmaq
qərarı verən səkkiz OPEC+ ölkəsi aprel ayında hasilatı daha
əhəmiyyətli dərəcədə artırmağı düşünür.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Son üç ay ərzində könüllü ölkələr tələbatın mövsümi azalmasını
əsas gətirərək istehsalı artırmaqdan çəkiniblər. Ancaq bir neçə adı
açıqlanmayan nümayəndəyə istinadən bildirilib ki, aprel üçün baza
ssenarisi istehsalın gündə 137.000 barel artımını nəzərdə tuturdu
və indi qrup istehsalın daha kəskin artımını nəzərdən keçirə
bilər.
Səkkiz OPEC+ üzvü — Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ,
Küveyt, Qazaxıstan, Əlcəzair və Oman — iki məhdudiyyət paketi
tətbiq etmişdi: gündə 2,2 milyon və 1,65 milyon barel.
G8 nazirlərinin görüşü 1 mart bazar günü keçiriləcək və
müzakirələr İran ətrafında gərginləşən münaqişə fonunda aparılacaq.
Şənbə günü səhər ABŞ və İsrail İrana qarşı bir sıra hava hücumları
həyata keçirib, buna cavab olaraq İran İsrailə və bir neçə Fars
körfəzi ölkəsində, həmçinin Yaxın Şərqdə yerləşən ABŞ hərbi
bazalarına raket zərbələri endirib.

