Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının
Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana başsağlığı məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli
Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran
xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm
arzulayırıq.

Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin
və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və
dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı
İran üçün böyük itkidir.

Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və
əmin-amanlıq arzulayırıq.

Allah rəhmət eləsin!”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir