
Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” təyyarədaşıyan
gəmisi İranın dörd ballistik raket atmasından sonra öz dislokasiya
zonasını tərk etmək məcburiyyətində qalıb.
Trend-in
məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun
(“SEPAH”) mətbuat xidməti məlumat yayıb: “Hücumdan sonra Amerika
təyyarədaşıyan gəmisi öz missiyasını yerinə yetirdiyi ərazini tərk
edərək Hind okeanına doğru yola düşüb”.
Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı bildirib ki,
təyyarədaşıyan gəmi atəşə tutulsa da, İran raketləri ilə
vurulmayıb.

