Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir – həftəsonu qeydiyyat bitir

Baş səhifə

Bakı. Trend:

Həcc ziyarəti üzrə kvotanın 83 faizdən çoxu tamamlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları
İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem
rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət
uzadılmayacaq.




Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə
Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və
bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə
alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının
7-dək uzadılıb.

Xatırladaq ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın
15-i müəyyən edilib. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ
dolları, yəni 10 388 AZN təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir