
Bakı. Trend:
Ali təhsil müəssisələrinə (11 illik) və ümumi (9 illik) orta
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin
qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək
davam edəcək.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ərizə qəbulunda həm
cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilər.
Hazırda universitet və kolleclərə qəbul üzrə ümumilikdə 112 693
nəfər qeydiyyatdan keçib.
Bunlardan 110 317 nəfər ali məktəblər, 101 975 nəfər isə
kolleclər üzrə qeydiyyatdan keçib.
Qeyd edək ki, 2025-ci il buraxılış və ya test imtahalarının 1-ci
mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulanların sayı isə
2156 nəfər, 2025-ci ildə “Azərbaycan dili (dövlət dili kimi)” fənni
üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda
iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 908
nəfərdir.

