Biləcərinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Baş səhifə

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisinə daxil olan bəzi ərazilərdə elektrik enerjisi olmayacaq.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, martın 2-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir