Paytaxtın bu ərazisində işıq kəsiləcək

Baş səhifə

Bakı. Trend:

Martın 2-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin
(ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata
keçiriləcək.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.




Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək
Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz
küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində
elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən
ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir