Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 30%-dən aşağı enib

Baş səhifə

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 30%-dən aşağı enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 33 mlrd. kubmetrə yaxın səviyyədədir.

Qeyd edək ki, ümumilikdə istilik mövsümündə, ötən oktyabrın 13-dən bəri Avropa ölkələri anbarlardan təxminən 65 mlrd. kubmetrə yaxın qaz çıxarıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir