
İsrail Livan ərazisində hücum xarakterli hərbi əməliyyata başladığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib.
Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrailin Livana endirdiyi ilk zərbə dalğası nəticəsində azı 31 nəfər həlak olub, 149 nəfər isə yaralanıb.
Qeyd edilir ki, İsrailin Livandakı əməliyyatı “genişmiqyaslı və hərtərəfli” olacaq və quru müdaxiləsini də əhatə edə bilər.

