Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli illik ifadədə böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi
üzrə biznes kredit portfeli 1,893 milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 14 milyon manat və ya 0,7% azalıb, ötən ilin eyni
dövrünə nisbətən isə 432 milyon manat 29,6% artıb.




Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş
biznes kreditlərin məbləği 2026-cı ilin yanvarın 1-nə 1,907 miyard
manat, ötən ilin fevralın 1-nə isə 1,461 milyard manat təşkil
etmişdi.

Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların
kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat),
istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka
kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir