
Bakı. Trend:
Bir neçə ABŞ hərbi təyyarəsi bu səhər Küveytdə qəzaya uğrayıb.
Buna baxmayaraq pilotların hamsı sağ qalıb.
Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə Küveytin Müdafiə
Nazirliyi məlumat yayıb.
“Bu səhər bir neçə ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb”,-deyə
Müdafiə Nazirliyinin sözçüsü bildirib. O, bütün ekipaj üzvlərinin
sağ qaldığını təsdiqləyib və hadisənin səbəbi ilə bağlı araşdırma
aparıldığını vurğulayıb.
“Səlahiyyətli qurumlar dərhal axtarış-xilasetmə əməliyyatlarına
başlayıb, ekipaj üzvlərini təxliyə edərək tibbi müayinə və müalicə
üçün xəstəxanaya çatdırıblar”,-deyə məlumatda qeyd olunur.

