
Bakı şəhərinin yaşıllıq zolaqlarının qorunması və suvarma imkanlarının genişləndirilməsi məqsədilə irimiqyaslı tender elan edilib.
Modern.az xəbər verir ki, Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi suvarma sistemlərinin yenilənməsi üçün zəruri malların satın alınmasını həyata keçirir.
Təşkilat lazımi avadanlığın alınması üçün 1,504,465.49 azn müəyyən edib.
Bu satınalma paytaxtın yaşıllıq sahələrində suyun səmərəli istifadəsini təmin edəcək müasir texnologiyaların tətbiqini nəzərdə tutur.

