
Bakı.Trend:
Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdə
müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə
xidmətləri təqdim etmək məqsədilə daha bir filialını müştərilərin
istifadəsinə verib.
Yeni filial Şirvan və ətraf rayonların sakinləri, eləcə də
sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada
müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes və pərakəndə
kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik
kartların buraxılması, nağd valyuta əməliyyatları və digər bank
xidmətləri göstərilir.
Filial yeni konsept əsasında qurulub və yüksək xidmət
standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün
filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə
terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün
istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və
digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək
mümkündür.
“Unibank”ın “Şirvan” filialı həftənin 5 günü müştərilərə xidmət
edir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial
şəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5
günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək
fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat
10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.
Unibank – Sənin Bankın!

