Gürcüstandakı seçkilərdə beynəlxalq müşahidəçi statusu yalnız əcnəbilərə veriləcək

Baş səhifə

Gürcüstanda seçkilər zamanı beynəlxalq müşahidəçi kimi yalnız yaşı 18-dən yuxarı olan xarici ölkə vətəndaşı qeydiyyata alınacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı hakim “Gürcü Arzusu” partiyasından olan deputatlar ölkənin Seçki Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıblar.

Layihənin həmmüəllifi, Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri Davit Matikaşvili bildirib ki, beynəlxalq müşahidəçi Gürcüstan vətəndaşı olmadığı zaman siyasi cəhətdən daha qərəzsiz yanaşma sərgiləyəcək.

Beynəlxalq müşahidəçini müşayiət edəcək tərcüməçinin qeydiyyata alınması proseduru da qanunla müəyyənləşdiriləcək.

Prosedur məsələləri üzrə komitə ilk dinləmədə qanun layihəsini dəstəkləyib.

Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda keçirilən seçkilərdə beynəlxalq təşkilatların müşahidə missiyalarında yerli vətəndaşlar da təmsil olunurdular.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir