Azərbaycan XİN başçısı küveytli həmkarı ilə bölgədə artan gərginliyi müzakirə edib

Baş səhifə

Bakı. Trend:

2 mart tarixində Azərbaycan Respublikası xarici işlər naziri
Ceyhun Bayramov ilə Küveyt Dövlətinin xarici işlər naziri Şeyx
Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı
aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı
zamanı bölgədə artan gərginlik müzakirə olunub.

Bildirilib ki, nazirlər davam edən hərbi toqquşmalarla bağlı
ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regional
təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaratdığını
vurğulayıblar.

Gərginliyin azaldılmasının vacibliyi vurğulanaraq, danışıqlar
prosesinə qayıdış üçün diplomatik təşəbbüslərin gücləndirilməsinin
önəmi diqqətə çatdırılıb.

Nazirlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə
riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının
zəruriliyini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir