Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib

Baş səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək yarmarkası təşkil olunub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 206 işəgötürən tərəfindən 1654 vakansiya təqdim olunub.

Yarmarkalarda boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediliblər.

Tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları, bu proqramlara müraciət proseduru barədə də məlumat əldə ediblər və onlara karyera məsləhəti xidməti göstərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir