Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də
Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası
Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Trend xəbər verir ki, görüş
əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda
Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində
operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü
bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı
fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin
2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə
etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın
25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan
problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar
atacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı
iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika
əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq
niyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri
müzakirə edilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə
işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə
edilib.

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan
ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir