Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti daxil olub

Baş səhifə

Fevralın 16-dan 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 2 473-ü elektron, 1 171-i yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.

Qeyd edilib ki, müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir