Azərbaycanla bp arasında “yaşıl enerji” və karbonsuzlaşma istiqamətlər müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və bp arasında neft-qaz əməliyyatlarında
karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin
yüksəldilməsi barədə müzakirələr aparılıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti
Qordon Birrel ilə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət
istiqamətlərini nəzərdən keçirdik.

Şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, “yaşıl
enerji” sahəsində ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənaye
standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında
karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin
yüksəldilməsi barədə müzakirələr apardıq”, – paylaşımda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir