“Qalatasaray”ın 8 futbolçusu kubok matçında oynamayacaq

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray” Türkiyə Kuboku qrup mərhələsinin 4-cü turu
çərçivəsində səfərdə “Alanyaspor”un qonağı olacaq.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.




Məlumata görə, İstanbul təmsilçisi matça ciddi itkilərlə
çıxacaq. Baş məşqçi Okan Buruk qapıçı Uğurcan Çakır, müdafiəçilər
Davinson Sançes, Abdülkerim Bardakcı, yarımmüdafiəçi Mario Lemina
və Viktor Osimhenə istirahət verib. Roland Şallai, Yunus Akgün və
Mauro İkardi isə zədəlidir. Adıçəkilən oyunçular komanda ilə
birlikdə səfərə aparılmayıb.

Qeyd edək ki, “Alanyaspor” – “Qalatasaray” qarşılaşması sabah
keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir