Rutte: NATO-nun İrana qarşı hərbi əməliyyatında iştirak etmək planı yoxdur

Baş səhifə

NATO-nun baş katibi Mark Rutte təşkilatın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etmək planı olmadığını deyib.

APA xəbər verir ki, Rutte bu barədə ARD telekanalına müsahibəsi zamanı danışıb.

“NATO-nun bu münaqişəyə qarışmaq və ya tərəf olmaq kimi bir planı yoxdur. NATO-dakı müttəfiqlər amerikalıların İsraillə birgə əməliyyatlarında onları dəstəkləmək üçün əllərindən gələni edirlər”, – Rutte deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir