Kazemiro Mançester Yunayted üçün əvəzedici tövsiyə edtdi

Baş səhifə

Bakı. Trend:

Mançester Yunayted-in yarımmüdafiəçisi Kazemiro klub rəhbərliyi
ilə əvəzedici mövzusunda müzakirələr aparıb.

Trend-in
məlumatına görə, 34 yaşlı futbolçu 28 yaşlı Bruno Gimaraeş-i
tövsiyə edib. Kazemiro həmyerlisinin Mançesterdə əhəmiyyətli rol
oynaya biləcək bütün keyfiyyətlərə malik olduğuna inanır.




Klubla yeni müqavilə bağlamadığı üçün Kazemiro bu yay Mançester
Yunayted-dən azad agent kimi ayrılacaq. Gimaraeşin isə Nyukasl ilə
2028-ci ilə qədər müqaviləsi mövcuddur. Transfermarkt onun transfer
dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Bu mövsüm Gimaraeş Nyukasl-da 35 oyunda iştirak edib, doqquz qol
vurub və yeddi məhsuldar ötürmə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir