
Bakı. Trend:
Vaşinqton administrasiyası hələlik İrana qarşı mümkün hərbi
əməliyyat fonunda ABŞ-nin strateji neft ehtiyatlarından qiymətləri
aşağı salmaq məqsədilə neftin satılması imkanlarını müzakirə
etmir.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, belə bir addım “hazırda masada deyil”, çünki
“neft bazarlarında hələ də kifayət qədər təklif mövcuddur”.
Eyni zamanda Financial Times qəzeti yazıb ki, İrandakı münaqişə
neftin qiymətinin bir barel üçün 80-100 dollaradək yüksəlməsinə
səbəb ola bilər.

