Apple “iPhone 17e” və yeni “iPad Air”i təqdim etdi

Baş səhifə

Bakı. Trend:

Apple korporasiyası “iPhone 17e” modelini təqdim edib.

Trend xəbər verir
ki, bu model “iPhone 16e”nin birbaşa varisidir və 256 giqabaytlıq
versiyanın qiyməti 599 dollar təşkil edir. Yeni modelin
təqdimatından sonra Apple “iPhone 16e”ni satışdan çıxarıb.




Smartfon A19 prosessoru, 8 giqabayt operativ yaddaş və C1X modem
ilə təchiz olunub. Cihaz 60 hers yenilənmə tezliyinə malik 6,1
düymlük Super Retina XDR ekranla təklif olunur və ekran yeni “Ceramic Shield 2” qoruyucu örtüyü ilə müdafiə edilir.

Eyni zamanda “Apple” “iPad Air”in yeni versiyasını təqdim edib.
Qurğu M4 prosessoru, 8 giqabayt operativ yaddaş və əlavə “Apple N1”
çipi ilə təchiz olunub, “Wi-Fi 6E” texnologiyasını dəstəkləyir. 11
düymlük modelin qiyməti 599 dollar, 13 düymlük versiyanın qiyməti
isə 799 dollardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir