
Bakı. Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə
edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs
saxlanılıb.
Trend xəbər verir
ki, araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev
olduğu müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet
informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya
şəbəkələrində yayılması qadağan edilən informasiyanın
yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək
hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati
qaydada həbs olunub.

