
Bakı. Trend:
Od çərşənbəsində keçirilən mərasimlərdə, xüsusilə tonqal
qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət
edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə
sonlanmasına səbəb ola bilər. Ötən çərşənbə axşamı baş vermiş
hadisələr buna əyani sübutdur.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciətində
qeyd olunub.
Nazirlik əhalini Novruz bayramı ilə əlaqədar mərasimlərin
təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb:
“Belə ki,
– bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və
digər yanar əşyalardan kənarda yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin
nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal
yandırılması xüsusilə təhlükəli hesab olunur.
Təhlükə zamanı 112-yə zəng edin!”.

