
Bakı. Trend:
ABŞ-nin Küveytdəki səfirliyi regionda davam edən gərginlik
səbəbindən növbəti bildirişədək fəaliyyətini dayandırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
“Səfirlikdə bütün adi və təcili konsulluq qəbulları ləğv edilib.
Səfirliyin normal fəaliyyətə qayıtması ilə bağlı əlavə məlumat
veriləcək”, – deyə məlumatda qeyd olunub.
Bundan başqa ABŞ-nin İraqdakı səfirliyi hökumət əməkdaşlarına
ölkəni tərk etməyi tapşırıb.
Diplomatik missiya İraq üzrə səyahət xəbərdarlığını yeniləyərək
təhlükəsizlik səbəblərindən dolayı ABŞ hökumətinin strateji
vəzifələrdə olmayan əməkdaşlarına ölkəni tərk etmək göstərişi
verib.

