BDYPİ velosipedçilərə çağırış edib (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsində
Elnur Ağayevin idarə etdiyi “BYD” markalı avtomobillə velosipedçi
vurulub. Nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində
həyatını itirib.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin
velosipedçilərə çağırışında qeyd olunub.

Bildirilib ki, təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan
görüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən
və işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi,
yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətli
hərəkət etməsi aydın müşahidə olunur:

“Təbii ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymət
veriləcək. Lakin, təəssüf doğural hal odur ki, yollarımızda oxşar
mənzərəyə tez-tez rast gəlmək mümkündür.




Halbuki, iki və daha çox zolağı olan yolda sola dönmək və ya
yolu keçmək istəyən sürücü velosipeddən düşməli və velosipedi əli
ilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşı
tərəfə keçməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də
ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü
təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və
başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir