AEBA Nətənz nüvə obyektində zədələr qeydə alındığını təsdiqləyib

Baş səhifə

İranın Nətənz yeraltı nüvə obyektinin giriş hissəsində müəyyən zədələr qeydə alınıb.

APA xəbər verir ki, bununla bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) “X” hesabında məlumat yayıb.

“Ən son mövcud peyk görüntülərinə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indi təsdiq edə bilər ki, İranın Nətənz yeraltı Yanacaq Zənginləşdirmə Zavodunun giriş binalarında yaxın zamanda müəyyən zədələr qeydə alınıb. Heç bir radioloji sızıntı gözlənilmir və iyun ayındakı münaqişə zamanı ciddi zərər görmüş yanacaq zənginləşdirmə obyektinin özündə əlavə təsir aşkar edilməyib”, – qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir