
Rusiya ABŞ ilə konkret böhranlar və ikitərəfli münasibətlərin aspektləri üzrə dialoq aparır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, ABŞ ilə onun özünü və dünyanı necə görməsi ilə bağlı prinsipial, genişmiqyaslı dialoq çoxdan yetişib.
Lavrov vurğulayıb ki, Rusiya İran ətrafındakı vəziyyətlə bağlı həm ABŞ, həm də İsraillə dialoqa açıqdır.
Rusiyalı nazir İrana qarşı əməliyyatın məqsədlərinin bəlli olmadığını vurğulayıb: “Hazırda Yaxın Şərqdə baş verənlər dərin problemləri, ilk növbədə beynəlxalq hüququn olmamasını əks etdirir. BMT Nizamnaməsi artıq ABŞ üçün arqument deyil”.
Lavrov Yaxın Şərq konfransının keçirilməsinə çağırış edib. O əlavə edib ki, Rusiya uzun müddətdir bu konfransın çağırılmasını təklif edir.

