
Bakı.Trend:
Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan diametrli 219 mm-lik
orta təzyiqli qaz kəmərində balans ölçü qovşağının quraşdırıması
ilə əlaqədar olaraq 04.03.2026-ci il tarixdə saat 10:00-dan işlər
yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb.
Bu barədə Trend-ə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə 9 kənd
olmağla ( Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici,
Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında
fasilə yaranacaq.
Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi
istiqamətində çəkilmiş diametrli 108 mm-lik qaz xəttinin mövcud
olan şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 04.03.2026-ci il
tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının
dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə
İsti Su qəsəbəsi, Nizami, H.Aslanov və S.Vurqun küçələri olmaqla
ümumilikdə 1081 abonentin qaz təchizatında fasilə
yaranacaqdır..

