Britaniya “yaşıl” enerji dəhlizləri sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür – Ticarət elçisi

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Krallıq “yaşıl enerji dəhliz”ləri və təmiz enerji
layihələri üzrə Azərbaycanla əməkdaşlıqda böyük potensial
görür.

Trend xəbər verir
ki, bunu Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə
ticarət elçisi Lord Con Alderdays bu gün keçirilən Cənub Qaz
Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və “Yaşıl” enerji
üzrə Məşvərət Şurasının 4-cü nazirlər iclasında onlayn çıxışında
deyib.

“Azərbaycan regional və Avropanın enerji təhlükəsizliyinin
təminatçısı kimi öz rolunu yüksək peşəkarlıqla yerinə yetirir.
Artıq otuz ildən çoxdur ki, Birləşmiş Krallıq ilə Azərbaycan
arasında münasibətlərin təməlini enerji sahəsində əməkdaşlıq təşkil
edir. Birləşmiş Krallıq “yaşıl enerji dəhliz”ləri və təmiz enerji
layihələri üzrə əməkdaşlıqda böyük potensial görür. Bu təşəbbüslər
yalnız Azərbaycana deyil, həm də daha geniş regiona və Avropa
bazarlarına mühüm töhfə verəcək”,- o bildirib.




Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən
Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri
(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan
Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.
Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr
həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı
ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə
imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir