Xaçmazın Qımılqışlaq kəndində sakinlərlə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon
prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı
ilə Qımılqışlaq kəndində növbəti səyyar qəbul keçirib.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba,
Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və
Hacıisaoba kəndlərinin sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn
müqəddəs Ramazan və Novruz bayramları münasibətilə sakinləri təbrik
edərək onlara xoş arzularını çatdırıb.




Vətəndaşlarla səmimi dialoq şəraitində keçirilən belə görüşlərin
əhali ilə birbaşa əlaqənin möhkəmləndirilməsi, problemlərin
operativ həlli və dövlət siyasətinin yerlərdə təbliği baxımından
əhəmiyyətini vurğulayıb.

Sakinlər səmimi təbriklərə görə təşəkkürlərini bildirərək,
elektrik təsərrüfatının yenilənməsi, mavi yanacaqla təminatın
yaxşılaşdırılması, əlavə subartezian quyusunun qazılması və
yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciət yerindəcə həll edilib.

Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir