SOCAR-ın prezidenti SPP şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf
Slovakiyanın SPP şirkətinin İdarə Heyətinin sədri Yuray Ondris ilə
görüşüb.

Trend xəbər verir ki, bu
barədə SOCAR məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında enerji sektorunda
uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.




Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində strateji əhəmiyyəti qeyd olunub. 2024-cü ilin
dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına
başlanılmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı SOCAR ilə SPP arasında əməkdaşlığın
genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir