Albaniya TAP vasitəsilə təbii qaza çıxış imkanı baxımından əlverişli mövqedədir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Albaniya Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə təbii qaz
tədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişli
mövqedədir.

Trend xəbər verir
ki, bunu bu gün Albaniyanın infrastruktur və energetika nazirinin
müavini Erlind Sulo Cənub Qaz Dəhlizinin Məşvərət Şurası
nazirlərinin Bakıda keçirilən iclasında etdiyi çıxıda deyib.

“Bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrik
enerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçinin
ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və
sərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihə
üzrə işləmək qərarına gəlmişik.




Birincisi, “Vlora” İstilik Elektrik Stansiyasının yenidən
canlandırılması və onun TAP çıxış nöqtəsinə və LNG üzən terminalına
birləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icra
olunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olan
Korça şəhərinin qazlaşdırılmasıdır”, – o bildirib.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən
Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri
(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan
Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.
Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr
həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı
ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə
imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir