Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini nümayiş etdirməyə davam edir – Yunanıstan nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji
əhəmiyyətini nümayiş etdirməyə davam edir.

Trend xəbər verir
ki, bunu Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji
və mineral resurslar üzrə Baş katibi Despina Paliaruta Cənub Qaz
Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən
12-ci iclasında etdiyi çıxıda deyib.

“Dərin geosiyasi sarsıntılarla səciyyələnən bir dövrdə bu dəhliz
etibarlı şaxələndirmə marşrutu və daha geniş region üçün
sabitləşdirici amil olduğunu sübut etmişdir. Cənub Qaz Dəhlizi
yalnız şaxələndirmə marşrutu kimi deyil, həm də dekarbonizasiya
üçün potensial vasitə kimi qiymətləndirilməlidir”,- o bildirib




Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən
Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri
(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan
Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.
Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr
həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı
ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə
imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir