“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi

Baş səhifə

Bakı. Trend:

“Coca-Cola Azərbaycan” hər il olduğu kimi bu il də Novruz
bayramı ərəfəsində xüsusi kampaniya təqdim edir. “Novruz 2026”
kampaniyası çərçivəsində istehlakçılar bayramın rənglərini əks
etdirən “Coca-Cola” loqolu stəkan hədiyyə qazana biləcəklər.

Kampaniyada iştirak etmək çox sadədir:
2.5 litr həcmli “Coca-Cola Classic”, “Fanta Portağal” və “Sprite”
məhsullarının üzərində “2 qapağa 1 stəkan hədiyyə” yazısı olan iki
qızılı rəngli qapağı toplayaraq “Qapaq dəyişmə nöqtəsi”nə təhvil
vermək kifayətdir. Hər iki qapağa bir ədəd stəkan təqdim
olunur.

Uduşlu qapaqlar aşağıda qeyd olunan satış məntəqələrində
dəyişdirilə bilər:




  • Araz Supermarketlər şəbəkəsi
  • Grandmart Supermarketlər şəbəkəsi
  • Bazarstore Supermarketlər şəbəkəsi
  • Tamstore Supermarketlər şəbəkəsi
  • Rahat Supermarketlər şəbəkəsi
  • Neptun Supermarketlər şəbəkəsi
  • Gənclik Mall-da yerləşən “Coca-Cola” stendi

Şirkətin məsuliyyətli marketinq siyasətinə uyğun olaraq
kampaniyada 14 yaş və yuxarı şəxslər iştirak edə bilərlər. Ətraflı
məlumat üçün istehlakçı məlumat mərkəzinə müraciət edə bilərsiniz:
088 4441 (zənglər ödənişsizdir).

“Coca-Cola” Azərbaycan uzun illərdir ki, Novruz ənənələrinin
yaşadılmasına dəstək göstərir. Şirkət “Nargis” Fondunun təşkil
etdiyi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının, ADA
Universitetinin “Bahar Youth” Festivalının tərəfdaşıdır və hər il
Dənizkənarı Milli Parkda xüsusi bayram instalyasiyaları
quraşdırır.

Xatırladaq ki, “Coca-Cola” bu gün 200-dən çox ölkədə
istehlakçılara məhsul təqdim edən qlobal içki istehsalçısıdır.
Şirkətin Azərbaycandakı fəaliyyəti 1994-cü ildə “Coca-Cola
İçecek”in tərkibində “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması
ilə başlayıb. Hazırda “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”,
“Cappy” və “Fuse Tea” markalarının istehsalı və satışı ilə məşğul
olan “Coca-Cola Azərbaycan” 400-ə yaxın əməkdaş və təchizat zənciri
vasitəsilə 5 000-dən çox iş yerini dəstəkləyir. Şirkət əlavə olaraq
tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və
gənclərin iqtisadi imkanlarının artırılması məqsədilə icma
layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir