Bakı “Beynəlxalq Xalça Festivalı 2026” – a hazırlaşır

Baş səhifə

Bakı. Trend:

1-3 may 2026-ci il tarixlərində Bakıda növbəti “Beynəlxalq Xalça
Festivalı” baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi
ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq
sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək
inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının
təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival 1 may tarixində əsas mövzusu “Xalça sənayesi: Dəyər,
dizayn və rəqabət qabiliyyəti” olan, Bakı Biznes Mərkəzində baş
tutacaq Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça
sənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı,
tədqiqatçı, ixrac və yaradıcı sənaye nümayəndələrini bir araya
gətirəcək.

2-3 may tarixlərində festival İçərişəhərin tarixi küçələrində
davam edərək, qədim karvansaraylar, meydanlar, tarixi evlər xalça
sərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edəcək.
Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq
ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda
təqdim edəcəklər. Bundan əlavə bir neçə məşhur xarici və yerli
rəssamların İçərişəhərdə yerləşən qalereyalarında sərgiləri də baş
tutacaq.

Qeyd edək ki, Azərbaycan xalçaçılarının peşə bayramı, “Xalçaçı
günü”-ə həsr olunan Xalça Festivalı bu il həm də “Azərxalça”
ASC-nin 10 illik yubiley tarixinə təsadüf edir.




Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər,
ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi
maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

3 gün davam edəcək xalça bayramına qatılmaq istəyən hər kəs
Festival barədə ətraflı məlumatı bakucarpetfest.az saytından,
bakucarpetfest İnstagram ünvanından əldə edə bilər. Əlavə suallar
üçün isə [email protected] elektron poçt ünvanına müraciət
etmək mümkündür.

Xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyaya
tanıtmaq üçün hər kəsi 1-3 may tarixlərində Bakı “Beynəlxalq Xalça
Festivalı”-na, İçərişəhərə dəvət edirik!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir