PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank Novruz bayramı ərəfəsində müştəriləri üçün xüsusi
fürsət təqdim edir. Bank bayram münasibətilə “Rəqəmsal depozitdə
bayram təklifləri” adlı məhdud müddətli kampaniyaya start
verir.

Kampaniya çərçivəsində müştərilər 10%-dək gəlirli onlayn depozit
yerləşdirərək həm sabit faiz gəliri əldə edir, həm də səyahət
üstünlükləri qazanırlar. 31 mart 2026-cı il tarixinədək davam
edəcək kampaniya çərçivəsində “PAŞA Bank”da onlayn depozit
yerləşdirən müştərilər üçün aşağıdakı hədiyyələr nəzərdə
tutulur:
• 10 000 AZN və üzəri depozit yerləşdirən müştərilərə “Black” kartı
və ya 15 000 “Xoşgəldin” mili;
• 50 000 AZN və üzəri depozit yerləşdirən müştərilərə “Black” kartı
və əlavə 50 000 “Xoşgəldin” mili;
• 100 000 AZN və üzəri depozit yerləşdirən müştərilərə “Black”
kartı və əlavə 100 000 “Xoşgəldin” mili.

Toplanmış millər vasitəsilə müştərilər Türk Hava Yolları və Star
Alliance şəbəkəsinə daxil olan 26 aviaşirkətin uçuşları üzrə
İstanbul, Amsterdam, Nyu-York və digər istiqamətlərə aviabiletlər
əldə edə bilərlər. Kampaniya çərçivəsində təqdim olunan bütün
imtiyazlar və şərtlər haqqında daha ətraflı məlumat əldə etmək üçün
linkə keçid edin.




PAŞA Bank-ın Miles&Smiles kartları, Türk Hava Yollarının
Miles&Smiles loyallıq proqramı ilə birgə təqdim olunan ödəniş
kartlarıdır və gündəlik bank əməliyyatlarını səyahət üstünlükləri
ilə birləşdirir. Bu məhsul 2019-cu ildə Azərbaycanda təqdim edilmiş
və müştərilərə həm ölkə daxilində, həm də xaricdə edilən
əməliyyatlar üzrə uçuş milləri qazanmaq imkanı verən ilk yerli
kartlardan biri olmuşdur.

Kart sahibləri, Miles&Smiles kartı ilə edilən uyğun
alış-verişlərdən millər toplayırlar. Qazandığı millər Türk Hava
Yolları və Star Alliance tərəfdaşları tərəfindən həyata keçirilən
uçuşlar, əlavə baqaj, oturacaq seçimi, shopandmiles.com üzərindən
alış-veriş və digər səyahət xidmətləri üçün istifadə edilə bilər.
Yeni kart sahibləri üçün açılış bonusu olaraq 3,000-ə qədər
“Welcome Miles” təqdim olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir