
Bakı. Trend:
Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə
salınıb.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, buna səbəb klubların avrokuboklardakı
matçlarıdır. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində
iştirak edən “Qalatasaray”la “UEFA Konfrans Liqasında yoluna davam
edən “Samsunspor”un oyunu nəzərdə tutulan vaxtda baş
tutmayacaq.
Qeyd edək ki, “Qalatasaray” UEFA Çempionlar Liqasında “Liverpul”la (10-18 mart), “Samsunspor” isə Konfrans Liqasında “Rayo Valyekano” ilə (12-19 mart) üz-üzə gələcək.

