Azərbaycanın qızıl ixracından gəliri 56%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 33 milyon ABŞ dolları
dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
11,9 milyon ABŞ dolları və ya 56,4% çoxdur.




Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid
malların siyahısında bu göstərici ilə qızıl (33 milyon ABŞ dolları)
birinci olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft
sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9%
artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti
məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına
bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir