
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan 14,2 milyon ABŞ dolları
dəyərində karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər
verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar ayındakı göstərici ilə
müqayisədə 6,8 milyon ABŞ dolları və ya 32,4% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft
sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9%
artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti
məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına
bərabər olub.

