
Bakı. Trend:
“Hizbullah” hərəkatı (Livan) bazar ertəsi münaqişəyə qoşulandan
bəri İsrail Müdafiə Qüvvələri (İDF) Livanda 250-dən çox hədəfə
zərbələr endirib.
Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, hədəflərə yüksəkvəzifəli “Hizbullah” üzvləri,
raket buraxılışı nöqtələri, silah-sursat anbarları, “Hizbullah”
eləcə də digər terror qruplaşmalarına məxsus qərargahlar daxil
olub.
Məlumata görə, gecə ərzində “Hizbullah”ın Nəbatiyə bölgəsində
yerləşən komanda mərkəzi, eləcə də təşkilata məxsus Livanın
cənubundakı digər obyektlərə zərbələr endirilib.
Qeyd edilib ki, ötən gecə Tel-Əviv və Hayfa şəhərlərinə üç raket
atmaq üçün istifadə olunan “Hizbullah”a məxsus raket buraxılış
qurğusu hücumdan bir saat sonra həyata keçirilən zərbə nəticəsində
məhv edilib.

