Kəngərli və Culfa rayonlarında silah-sursat aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis
əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Culfa
rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə
məlumatlar daxil olub.

Bu barədə Trend-ə Fövqəladə hallar Nazirliyindən (FHN) məlumat
verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar
Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə
yerinə cəlb edilib.




Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış
zamanı aşkar edilmiş sursatların 1 ədəd 120mm top mərmisi, 3 ədəd
RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30mm AQS
mərmisi, 1 ədəd 2A42 topunun gilizi, 5 ədəd müxtəlif döyüş başlığı,
1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli tank
əleyhinə mina olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün
götürülərək kənarlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir