
Bakı.Trend:
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və
təqaüdlər qrafikdən əvvəl ödənəcək.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının
pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar
respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.
Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları
ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli
şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi
planlaşdırılır.
Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən
əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi
nəzərdə tutulub.

